Səsvermə başa çatdı

793

Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin səsvermə mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, saat 19:00-da seçki məntəqləri bağlı elan edilib. Hazırda məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq. Məntəqə seçki komissiyaları yekun protokol hazırlayıb onu DSK-lara göndərəcək.

Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilib. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib. Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub. Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara biliblər. MSK gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00-da məlumatlar açıqlayıb. Hələlik sonuncu hesabat saatına (19:00) dair məlumat açıqlanmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər