Sevinc Babayevanın axtarışı dayandırıldı

1009

Sevinc Babayevanın axtarışı dayandırılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Azərbaycan qanunvericiliyə əsasən, axtarışda olan şəxs xəstəlikdən və ya digər səbəbdən dünyasını dəyişərsə, onunla bağlı axtarış işi dayandırılır. S. Babayevanın vəfat etdiyi dəqiqləşdikdən dərhal sonra istintaq qrupu onunla bağlı axtarış işinə xitam verib.

 

 

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat edib. Araşdırmalarla müəyyən edilib ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və S. Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilib və mərhumun S. Babayeva olması müəyyənləşdirilib. Xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla (Məryəm Solmaz) daxil olmuş S. Babayeva ürək çatışmazlığından vəfat edib. Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunublar.

Xatırladaq ki, S. Babayeva İnterpol tərəfindən axtarışda olub.

lent.az

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər