Şəxsiyyət vəsiqəsi almaq istəyənlər üçün şad xəbər

1082

“Yaxın vaxtlarda Azərbaycanda vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar xüsusi icazə və lisenziyalar almaq və digər imkanları yaradan sistem istismara veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək”.

APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Təşkilatı – İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev bildirib. Onun sözlərinə görə, bunun nəticəsində yaxın zamanlarda Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini almaq üçün sənədlərini internet vasitəsi ilə verə biləcəklər.

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə əhaliyə elektron xidmətlərin göstərilməsi vacib məsələdir. F. Quliyev qeyd edib ki, hazırda vətəndaşlar üçün lazım olan bir çox sənədlərin polis əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərindən operativlik, şəffaflıq nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsi istiqamətində hazırlıq işləri artıq başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

elis üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər