“Simurq”un sumqayıtlı futbolçusu: “Oyundan əvvəl oyun haqqında danışmaq istəmirəm” (MÜSAHİBƏ)

93
Sumqayıt futbol məktəbinin yetirməsi olan və hazırda karyerasını Zaqatalanın “Simurq” klubunda davam etdirən Ruslan Poladov “Sportal.az” saytına müsahibəsində həm komandasının hədəfləri, həm də bugünkü “Qəbələ”-“Simurq” matçı haqqında danışıb.
– “Bakı”ya məğlub oldunuz. Oyun haqqında nə deyərdin?
– “Bakı” ilə oyunda hardasa komanda zəif oynadı. Ona görə də məğlub olduq. Oyunda bəzi səhvlərimiz oldu. Matçdan sonra səhvlərimizə baxdıq, analiz etdik. Çalışacağıq ki, növbəti oyunlarda bu səvləri etməyək.
– “Simurq” ilk “altılığ”a düşəndə sürpriz oldu. Amma belə görünür ki, komandanın ilk “altılıq”da heç bir iddiası yoxdur?
– Deməzdim ki, bizim ilk “altılıq”da heç bir iddiamız yoxdur. Bu əsla belə deyil. Hələki burda cəmi iki oyun oynamışıq. Birini udub, digərin də uduzmuşuq. Ona görə də iki oyunla nəyisə bilmək olmaz. Qarşıda hələ 8 oyunumuz var. Qalib gəldiyimiz komanda da “Qarabağ” olub. Özünüz də bilirsiz ki, “Qarabağ”  necə komandadır. Onlar çempionluq uğrunda oynayırlar. Ikinci oyunu “Bakı”yla evdə keçirdik. Düzdü, evdə məğlub olduq, amma futbolda belə şeylər olmalıdır. Bir oyun uduzmuşuq deyə iddiamız yoxdu demək olmaz. Hələ qarşıdakı oyunlarda necə olacağı bilinəcək.
İlk “altılıq”da komandanın qarşısına hansı məqsədlər qoyulub?
– İlk “altılığ” düşmüşüksə, deməli çempion da ola bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ən azından avrokuboklara vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə nail ola biləcəyimizi qarşıdakı 8 oyun göstərəcək.
– Sabah “Qəbələ” ilə çətin oyun var. Rəqibiniz də son oyunlardakı uğursuzluqdan sonra bu oyunda qələbə qazanmağa çalışacaq. Bu oyunda qələbə qazana biləcəksiz?
– Oyundan əvvəl oyun haqqında danışmaq istəmirəm. Həm də buna icazə vermirlər. Amma onu deyə bilərəm ki, hər oyuna biz eyni motivasiya ilə çıxırıq. Biz fərq etmir ki, qarşımızdakı komanda “Neftçi”dir, “Qəbələ”dir və yaxud başqa hansısa komandadır. Hər oyuna eyni cür hazırlaşıb qələbə əzmi ilə meydana çıxırıq. Bu oyunda da eyni ab-havada olacağıq. 3 xal qazanmaq bizim üçün vacibdir.
– “Simurq”un avrokubokla şansı səncə, nə qədərdir?
– Ilk “3-lük”lə aramızda 3 xal fərqi var. Ona görə də ora düşə bilərik. Avrokuboklara düşmək üçün əlimizdən gələni edəcəyik. Əgər orda oynamağa nail olsaq, o zaman rəhbərlik yəqin ki, komandanı daha da gücləndirəcək.
– Çempionluğa ən real namizəd hansı komandanı görürsən?
– Hələ heç nə demək olmaz. Bilinmir ki, kim çempion olacaq. O zaman çempionun kim olduğu bilinər ki, birinci yerə olan komanda ilə aradakı xal fərqini aradan qaldırmaq mümkün olmasın. Amma indi elə vəziyyətdir ki, ilk “altılıq”da son yerdə olan komanda birinci yerdə olana çata bilər. Buna görə də nəsə demək olmur. Hər 6 komandanın şansı qalır.
Elsevər MƏMMƏDOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər