Sinəmi qabağa verməli idim ki, gəlin öldürün?

942

Şuşa işğa olunan gün Bərdədə idim. Mənim balaca qardaşım Vüqar Şuşadan gec çıxmışdı, ortancıl qardaşım Kamil isə tez çıxmışdı Şuşadan. Mən də Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”

Bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az-a geniş müsahibəsində Şuşanın işğal günü barədə danışarkən deyib. B.Səfərov bildirib ki, əksər qohumları Şuşanın işğalı günü orada olub:

“Mayın 6-da Bərdəyə, bir dostumuzun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı.

Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi”.

B.Səfərov köçkünləri torpaqlarını qoyub qaçmaqda ittiham edənlərə də cavab verib:

“Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı alayın bütün silahları var idi. Üstəgəl, nizamlı sovet ordusu.

Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər