Sinoptiklər yağışlı hava vəd edirlər

961

Oktyabrın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22,  Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Oktyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər