Şirincədə fövqəladə vəziyyət: otel qiymətləri 10 min dollara qalxdı, Turqut Özalın ailəsi, Tom Kruz, hətta Messi belə kəndə sığınacaq

1028

“Qiyamət”dən zərər görməyəcəyi söylənilən İzmirin Şirincə kəndinə bir günlük kirayəsi adətən 30 türk lirəsi olan otellərdə qiymət 10 min dollara çatıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şirincə kəndinə insan axını davam edir. Türkiyənin mərhum prezidenti Turqut Özalın ailəsi də artıq Şirincəyə sığınıb. Mərhum prezidentin həyat yoldaşı Səmra xanım, qızı, oğlu və nəvələri 22 dekabra qədər Şirincədə qalmağı planlaşdırıb. Türkiyənin “Paris Hiltonu” adlandırılan Sürəyya Yalçın da 10 min dollar ödəyərək özü, sevgilisi və sürücüsü üçün yer sifariş verib.

 

Bundan başqa Şirincə də 21 dekabr üçün hazırlıqlar başlayıb. Səlcuqdakı hava limanı və vertolyot meydançaları hazırlıq vəziyyətinə gətirilib. Avtovağzallar genişləndirilib.

 

İzmir bələdiyyəsinin əmri ilə Şirincəyə giriş qadağan olunacaq. Kənddə fövqəladə vəziyyət yaranıb. Dekabrın 21 və 22-si kəndə girəcək avtomobil sahiblərinin adları öncədən bildiriləcək.

 

Məlumata görə,  Şirincə küçələri insanlarla dolub. 350 adamın yaşadığı kənddə 21 dekabrda 60 min adamın olacağı proqnozlaşdırılıb.

Yerli mətbuata inansaq, Tom Kruz, Messi kimi ünlülər belə dekabrın 21-i gecəsini kənddə keçirəcək.

lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər