SOCAR-ın karbamid zavodu layihəsinin maliyyələşdirilməsinin TƏFƏRRÜATLARI məlum olub (ÖZƏL)

1332

Bugünədək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üçün ayrılmış kredit məbləğindən 360 milyon avro istifadə olunub.

Bunu Trend-ə zavodun direktoru Xəyal Cəfərov deyib.

X.Cəfərov bildirib ki, layihə 2015-ci ilədək dövlət büdcəsi hesabına maliyyələşdirilib:

 “Daha sonra maliyyələşmə mənbəyinin dəyişdirilməsi qərarı qəbul edildi və uğurlu danışıqlar nəticəsində SOCAR-la Cənubi Koreya İxrac-İdxal Bankı, Almaniyanın “Deutsche Bank”, Fransanın “Societe Generale” və İtaliya-Avstriya birgə “Unicredit” bankları arasında 500 milyon avro dəyərində maliyyələşdirmə sazişi imzalandı. Bugünədək həmin məbləğin 360 milyonu istifadə olunub. İlin sonunadək bütün məbləğin istifadə olunacağı gözlənilir”.

Direktor həmçinin qeyd edib ki, hazırda Azərbaycan karbamidinin potensial müştəriləri ilə danışıqlar davam edir:

“Hazırda SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi müxtəlif xarici şirkətlərlə karbamid satışı ilə bağlı danışıqlar aparır. Bizim üçün prioritet bazar Türkiyədir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər