Son 15 ildə qazanılmış möhtəşəm uğurlar cənab İlham Əliyevi prezident seçkilərinin favoriti edib

1486
Milli Məclisin deputatı Tahir Mirkişili

–  Tahir müəllim, bildiyiniz kimi aprelin 11-də ölkəmizdə president seçkiləri keçiriləcək. Seçkiyə az vaxt qaldığı müddətdə təbliğat, təşviqat məsələlərini necə xarakterizə edərdiniz?

– Hər bir ölkədə olduğu kimi Azərbaycanda da prezident seçkiləri ölkənin gələcək taleyinə təsir edən mühüm hadisədir. Prezidentliyə namizədlərin qanunla nəzərdə tutulmuş müxtəlif vasitələrlə təbliğat-təşviqat aparması seçkini ən maraqlı mərhələlərindəndir. Seçkilərdə qeydiyyata alınmış 8 namizəd iştirak edir. İctimai Televiziyada onlar üçün pulsuz efir vaxtı ayrılıb. Bu bütün seçiciləri əhatə edəcək təbliğat-təşviqat aparmağa imkan verir. Digər tərəfdən hər bir namizəd seçirilərlə görüşmək, innovativ təbliğat üsullarından istifadə etmək, informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etmək istiqamətlərində də fəaliyyət göstərirlər. Ölkədə ictimai-sabitliyin hökm sürməsi təbliğat-təşviqat aparmaq üçün bütün namizədlət üçün əlverişli şərait yaratmışdır.

– Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. Görüşdüyünüz seçicilər 11 aprel seçkilərinə hazırdırmı? İnsanlarda seçki əhval-ruhiyyəsi nə yerdədi?

– Biz Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat qrupunun üzvləri olaraq artıq bütün istiqamətlərdə təbliğat işləri aparırıq. Həm internet məkanında yeni texnoloji vasitələrdən istifadə edərək, həm televiziyada debatlarda iştirak edərək, həm də əhali ilə birbaşa ünsiyyət quraraq insanları seçkilərdə aktiv iştirak etməyə və bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə təşviq edirik. İnsanlar bu görüşlərə yüksək əhaval ruhiyyədə gəlirlər, aktiv iştirak edirlər, özləri də təşəbbüs göstərərək təşviqat fəaliyyətinə qoşulurlar.

Ümumilikdə deyə bilərəm ki, əhalidə seçkilərdə iştirak ilə bağlı yüksək əhval ruhiyyə var. Vətəndaşlar öz seçimlərini etməkdə müstəqildirlər. Hər bir namizəd seçicilərin səsini qazanmaq üçün mübarizə aparır. Azərbaycan indiyə qədər də keçirilən bütün seçkilərdə vətəndaşlar aktiv olaraq seçkilərdə iştirak ediblər və öz vətəndaş mövqelərini ifadə ediblər. Əminəm ki, 11 aprel seçkiləri də seçici aktivliyi şəraitində keçəcəkdir. Seçicilərin əsas arzusu ölkəmizin daha da inkişafı, onun güclü, firavan olmasıdır ki, əminəm ki, bunu da təmin edə biləcək namizədə, bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

– Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi, necə hesab edirsiniz, beynəlxalq ictimayyətin Azərbaycandakı prezident seçkilərinə marağı nə dərəcədədir?

– Artıq seçkiləri müşahidə etmək üçün 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə qrafiklərin gərginliyinə baxmayaraq ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisinin 11 aprel seçkilərini müşahidə etməsi beynəlxaq ictimaiyyətin Azərbaycanda keçirilən seçkilərə marağından xəbər verir. Müşahidəçilər bütün mərhələlərdə iştirak edirlər.

– Namizədlərin imkanlarını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, debatlardakı danşıqlar haqda fikirləriniz necədir?

– Siyasi texnololoqlar belə düşünürlər ki, prezidentliyə namizədlər təbliğat təşviqat işini seçki dövründə deyil, illərlə aparmalıdırlar. Çünki belə mühüm bir posta seçilmək üçün qısa müddət ərzində seçicilərin mütləq əksəriyyətini rəğbətini qazanmaq üçün uzunmüddətli fəaliyyət tələb olunur. Və bu fəaliyyətin kulminasiya mərhələsi də seçkilərdəki təbliğat-təşviqat mərhələsidir. Hər bi namizəd də bu mərhələdə indiyə qədər ölkə və xalq üçün nə etdikərindən və seçilərsə nələr edəcəklərindən öz platformalarında bəhs edirlər.

Mənim müşahidələrim bundan ibarətdir ki, hər bir namizəd çıxışlarında buna çalışırlar. Televiziya debatlarını da insanlar maraqla izləyirlər, dünyanın bütün sivil ölkələrində olduğu kimi, bizdə də debatlar maraqlı keçir. Dövlət tərəfindən yaradılan şərait hər bir namizəd üçün bərabərdir. Amma bu heç də bütün namizədlərin sosial dayaqlarını bərabər olması anlamına gəlmir. Yeni Azərbaycan Partiyası regionda ən böyük partiyadır, bizim 700 mindən çox üzvümüz var, namizədimiz cənab İlham Əliyevin son 15 ildə ölkədə fəaliyyəti nəticəsində görülən nəhəng işlər və nəticələr göz qabağındadır. Və bu qazanılmış sosial,iqtisadi, hərbi uğurlar təbii olaraq Onu bu seçkilərin favoriti etmişdir.

–  Tahir müəllim, belə fikirlər səslənir ki, seçkidən sonra ölkədə ciddi islahatlar həyata keçiriləcək. Siz özünüz 11 apreldən sonra ölkə adına müsbət mənada nə kimi dəyişikliklərin olacağını proqnozlaşdırırsınız?

–  Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının son qurultayında ölkəmizin inkişafı üçün iqtisadi və siyasi islahatların sürətlənməsinin vacibliyini bəyan etdi. Azərbaycanda artıq sürətli islahatlar aparılır, uğurlu nəticələr əldə olunur və bu yol ölkəmizin inkişaf yoludur. Mən əminəm 11 aprel prezident seçkilərində YAP-nın namizədi qalib gələcək və cənab İlham Əliyevin özünün də bəyan etdiyi kimi, islahatları daha da sürətləndirməklə Azərbaycanın daha da inkişafına, güclənməsinə və rifahına nail olacaqdır!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər