Sosial bloq yazıları müsabiqəsi yekunlaşdı

829

20 dekabr, saat 15:00-da Azərbaycan Media Mərkəzində Gənc Bloqçular şəbəkəsi tərəfindən keçirilmiş II Sosial bloq yazıları müsabiqəsinin qalibləri elan olundu.

Tədbirdə Gənc Bloqçular Şəbəkəsi layihəsi və keçirilmiş müsabiqə haqqında qısa məlumat verildi, daha sonra və münsiflərə söz verildi. Tədbirin sonuna yaxın isə qaliblərə elan olunaraq diplomlar və mükafatlar təqdim olundu.

Müsabiqənin qalibləri aşağıdakılardır:

I  Yer Teymur Mərdəliyev – Azad insan- Bakı şəhəri

II Yer Aqşin Mahmudov – Hər kəsilən ağacın dili olsaydı – Bakı şəhəri

III Yer İlahə Hacıyeva – Çox gəzən çox bilər – Bakı şəhəri

Digər həvəsləndirici 5 yeri isə Bakı, Gəncə və Şəki şəhərlərindən müsabiqədə iştirak edən bloqçuların yazıları tutdu.

Müsabiqədə Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Şəki, Mingəçevir şəhərlərindən olan bloqçuların ümumilikdə 111 yazısı iştirak edib. Yazılar arasında ən çox toxunulan mövzular ekologiya, nəqliyyat, azadlıq, təhsil, virtual dünya və sağlamlıq mövzuları olub.

Sonda isə Sosial bloq yazıları müsabiqəsi-3 elan edildi və yeni müsabiqədə bloqçulara özlərini sınamaq üçün imkan verildi.

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər