Soyuq Sumqayıt sakinlərini danışdırdı

770
Sumqayıt sakinləri uzun müddətdi soyuqdan əziyyət çəkdiklərini Milli.Az-a müraciət etməklə bildirdilər. Müraciətdə deyilir ki, artıq 20 ilə yaxındır Sumqayıt şəhərində istilik sistemləri işləmir.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev gənclər şəhərinin sakinlərinin “Sumqayıtda istilik yoxdur” fikrini yalan adlandırdı. Xidmət rəisi Milli.Az-a açıqlamasında bildiridi ki, şəhərin 3, 5, 17, 18-ci mikrorayonları, 6, 8, 10, 12 və 18-ci qarışıq məhəllələri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ümumilikdə 226 yaşayış binası “Azəristilik” tərəfindən istiliklə təmin olunur.
Onun sözlərinə görə, Sumqayıtdakı bütün binalar vaxtilə 1 saylı istilik elektrik mərkəzindən istilik alıb. Lakin 1995-ci il yanvarın 31-dən həmin mərkəz fəaliyyətini dayandırıb və şəhər istilikdən məhrum olmuşdu. 2007-ci ildən etibarən “Azəristilik” tərəfindən 10-a yaxın qazanxana yaşayış binaları üçün modernləşdirilərək istifadəyə verilib. Eyni zamanda 20-yə yaxın məktəb və uşaq bağçasının binadaxili istilik sistemi bərpa olunub və mərkəzləşmiş istilik sisteminə qoşulub.
R.Əliyev əlavə etdi ki, Sumqayıtda yerdə qalan binalar ölkə prezidentinin “2009-2013-cü il Regionların siosial iqtisadi inkişafı” proqramı çərçivəində mərhələli şəkildə istiliklə təmin olunacaq. Hələ Sumqayıtda istiliklə təmin olunmayan çox ev var.

Anar Məmmədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • maaans
    Noyabr 29, 2012 - 14:37

    1982ci ilde peterburqun yarisi istilik sistemi ile tehciz olunmushdu ama bizde hele 1945cilin qishini yashayiriq

  • cosqun
    Noyabr 29, 2012 - 14:59

    Rafiq Əliyev yalansa senin bawva daw duwsun ele istilik sistemleri var gel gedek mene suburt eleki istilik sistemleri var

  • cosqun
    Dekabr 1, 2012 - 00:51

    Sahilə İBRAHİMOVA xaiw edirem senden az xeber verin amma duzgun xeberler verin siz ozunuzun gorduklerini yox bizim gorduklerimizi xeber verin

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər