“Sözümüz imzamızdır!” – AzTV-dən yeni layihə

899

Azərbaycan Televiziyasında yeni layihəyə start verilir.

sumqayitxeber.com AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən  daxil olan məlumata görə, “Sözümüz imzamızdır!” adlı verilişdə regionda və ölkədə baş verən siyasi və iqtisadi proseslər fərqli aspektdən şərh olunur.

Proseslər Azərbaycan Prezidentinin çıxışlarına istinadlarla təhlil olunur, həmçinin yerli və xarici ekspertlərin şərh və açıqlamaları əsasında saf-çürük edilir.

Verilişin ilk buraxılışında türk birliyinin güclənməsindən və yaxınlaşmasından, türkdilli ölkələrin əlaqələrinin yeni mərhələyə keçməsindən bəhs edilir.

“Sözümüz imzamızdır!” verilişinin türk dünyasına həsr olunmuş buraxılışı bu gün – noyabrın 30-u saat 21:00-da AzTV-də yayımlanacaq.

Layinin aparıcısı və ssenari müəllifi Vüsal Mətləb, rəhbəri Elnur Məmmədov, redaktoru Afaq Əhmədovadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər