“Stansiya Sumqayıt”a yeni marşrut açıldı

3595

Bu gündən etibarən Stansiya Sumqayıta yeni marşrut xətti fəaliyyətə başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat yazıb.

O bildirib ki, qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması baxımından Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyası təmin ediləcək. Bu məqsədlə “Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi” marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib. Artıq həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərin xidmətindədir.

 Qeyd edək ki, sözügedən ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər