Süd dişləri müalicə edilməsə, əks halda... - “AQS dental center”dən TÖVSİYƏ

5766
sumqayitxeber.com saytı ilə ”AQSdental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik.
“AQS dental center”in həkim stomatoloqu Sara Abdullayeva saytımıza süd dişlərinin müalicəsi ilə bağlı yazıb. 
Uşaqlarda süd dişlərinin sinirinin iltihablaşması pulpit adlanır. Daimi dişlərdə olduğu kimi dəhşətli gecə ağrısı pulpitin əlamətidir. Əgər övladınızın 1gecə də olsa dişi ağrayıbsa, mütləq stomatoloqa müraciət edin. Əks halda uşaq bu dişi itirə bilər.

Səbəbi isə böyüklərdən fərqli olaraq uşaqlarda bu prosesin çox sürətlə getməsidir.

Əgər övladınızın immuniteti də zəifdirsə gecə ağrısında 1 və ya 2 gün sonra ağrayan diş nahiyəsində şişkinlik, dişə toxunanda ağrı hətta temperaturun yuxarı qalxması müşahidə olunur.

Bu iltihabın dişin kökündən yumşaq toxumalara keçməsinin əlamətidir,yeni periodontitdir. Uşaqlarda gecikdirilmiş periodontit diş çəkiminə göstərişdir. Hər çəkilən diş uşağın çeynəməsində, çənədə gələcəkdə ortodontik problemə sonra bu süd dişinin yerinə gələcək daimi dişin inkişafina təsir göstərir. Ona görə uşağın dişinin qırılmasını gözləməyə ehtiyac yoxdur. Hər 3, ya da 6 ayda uşaq stomatoloqunun müayinəsində olmaq övladınızda ağız boşluğunun ümumi vəziyyətini nəzarətdə saxlamağa imkan verir.

Sağlam ağız boşluğu sağlam övlad və sağlam gələcək deməkdir. Gələcəyinizi bu gündən qoruyun!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər