Şükür Həmidovun şəhid olduğu gündür

345

Bu gün Milli Qəhrəman, Vətən müharibəsi şəhidi Şükür Həmidovun anım günüdür.

“Qafqazinfo” xəbər verir ki, o, 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Ailədə 10 uşaqdan biri olan Ş.Həmidov 1993-cü ildə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub, 1995-ci ildə oranı motoatıcı ixtisası üzrə bitirib.

Polkovnik 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Prezident İlham Əliyevin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 22-də Qubadlının azadlığı uğrunda döyüşlərdə şəhid olub və II Fəxri xiyabanda dəfn edilib.

Şəhid polkovnik ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif olunub.

Şəhidin iki övladı Vətənə yadigar qalıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər