“Sülh Korpusu” təşkilatının könüllülərinin andiçmə mərasimi keçirilib

792

Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Amerika Birləşmiş Ştatlarının Sülh Korpusu (“Peace Corps”) təşkilatının könüllülərinin andiçmə mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Donald Lu, Sülh Korpusu təşkilatının Azərbaycan üzrə direktoru xanım Meredit Dalton, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Sülh Korpusu 1961-ci ildə Con F. Kennedi tərəfindən təsis edilib. Korpusun məqsədi dünyada sülh və əmin-amanlığın qorunması üçün xalqların bir-birini tanımasına, bir-birinin mədəniyyətlərini öyrənməsinə nail olmaq, inkişaf etməkdə olan ölkələrə mütəxəssis yardımı göstərməkdir. Korpusun Azərbaycan nümayəndəliyi 2003-cü ildə yaradılıb. 2006-cı ildən etibarən isə könüllülərin xidmətdən əvvəlki təlimi də Sumqayıt şəhərində keçirilir. 11 həftəlik təlim çərçivəsində könüllülər yerli ailələrdə məskunlaşır, həmçinin Azərbaycan dilinin tədrisi kursları keçirlər. Son üç ildə könüllülər şəhərin idarə və müəssisələrində, dövlət və qeyri-dövlət təşkilatlarında praktikaya da cəlb olunub. Praktikantlar o cümlədən müntəzəm olaraq şəhər İcra hakimiyyətində olur, mövcud iş şəraiti ilə tanışlıq imkanı əldə edirlər. Bu il isə Azərbaycana 64 nəfər könüllü gəlmişdir ki, onlardan 33 nəfəri ingilis dilinin tədrisi, 17 nəfəri icmanın iqtisadi inkişafı, 14 nəfəri isə gənclərlə iş sahələrində ixtisaslaşmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər