“Sumgait Technologies Park” işçi axtarır – VAKANSİYA

1494

Vəzifənin adı : Kargüzarlıq üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Cəmiyyətin struktur bölmələrindən və ya icraçılardan lazım olan məlumatların alınması;

• Gələn korrespondensiyanın qəbul edilməsi, onların elektron sənəd dövriyysəsi vasitəsilə sistemləşdirilməsi, müvafiq strukturlara paylanması və cavab hazırlaması üçün bölmələrə və ya konkret icraçılara verilməsi və nəzarət altına alınması;
• Sənədlərin yerinə yetirilmə müddətinə nəzarət edilməsi;
• Məktubların tərtib edilməsi və redaktə edilməsi;
• İclas protokollarının yazılması və icrasında nəzarətin təşkili;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi hesabatların hazırlanması;
• Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini sərbəst istifadəçi səviyyəsində bilmək;
• Elektron sənəd dövriyyəsi proqramlaırnda işləmə bacarığı;
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kargüzarlıq üzrə mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər