“Sumqayıt” 23 dəqiqəyə “Turan”ın işini bitirdi

846

Pərdis Fərcad Azaddan Tovuz klubuna 4 cavabsız qol
Bu gün Premyer Liqada “altılıq” mərhələsinə start verilib. Sportal.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.

İkinci “altılıq”da yer alan “Sumqayıt” və “Turan” klubları münasibətlərinə “Bayıl Arena”da aydınlıq gətiriblər. Buna qədər “Turan” 23 xalla 9-cu, ondan 1 xal az toplamış “Sumqayıt” isə 10-cu idi. Hər iki komanda təhlükəli zonada yer aldığından, meydana maksimum nəticə üçün çıxmışdılar. Ancaq ilk dəqiqələrdən təşəbbüsə yiyələnən nominal meydan sahibləri ilk 23 dəqiqədə Pərdis Fərcad Azadın vurduğu qollarla 3 xalı aktivinə yazıb.

Qeyd edək ki, bu turun digər oyunları sabah və birigün keçiriləcək.

Premyer Liqa, XXIII tur
11 mart
16:00. “Sumqayıt” – “Turan” 4:0

Qol: Pərdis Fərcad Azad, 6, 8,19, 23

Bakı. “Bayıl Arena”.

stadium.az

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər