Sumqayıt-abad şəhər - REAL TV

1699
Şəhərə 206-dan çox Türkiyə istehsalı olan avtobus gətirilib

Son illər Sumqayıtda çox böyük quruculuq-abadlıq işləri aparılıb.Sumqayıt abad bir şəhərə çevrilmişdir.

Qeyd edək ki, 1100 binanın dam örtüyü təmir olunub, 190-ı qalıb, o da bu il təmir olunacaq. 400-dən çox istismar müddəti bitmiş liftlər yeniləri ilə əvəz olunub.

Şəhərin ictimai nəqliyyatı yenidən qurulub. 206-dan çox Türkiyə istehsalı olan avtobuslar gətirilib.

Bu haqda REAL-a müsahibəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov məlumat verib.

Qeyd edək ki,Sumqayıt şəhərində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə əsasən, mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Xatırladaq ki,rəsmi olaraq Sumqayıt şəhərinin əhalisi 350-minə yaxındır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər