Sumqayıt avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

3748

Sumqayıt şəhər avtovağzalı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC–a açıqlamasında şəhər avtovağzalının müdiri Şamil Abbasov deyib. Onun sözlərinə görə, sərnişinlər bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən avtovağzalın bilet köşklərindən əldə edə bilərlər.

Hazırda avtovağzalda sərnişin sıxlığının müşahidə edilmədiyini söyləyən Şamil Abbasov ehtiyac yaranacağı təqdirdə xəttə əlavə avtobusların buraxılacağını vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər