Sumqayıt-Bakı yolunda ağır qəza: ölən var

575

Anspress xəbər verir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, Seymur Kalbalıyevin Sumqayıt şəhərindən paytaxt istiqamətində idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmənin ani olaraq itirilməsi nəticəsində gəldiyi sürətlə iki hərəkət zolağını bir-birindən ayıran dəmir çəpərə çırpılıb.

Qəza nəticəsində sürücü Seymur Kalbalıyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Avtomobildə sürücüdən başqa, onun ailə üzvləri olsa da, sərnişinlər bu qəzadan xəsarətsiz qurtula biliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar. Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər