Sumqayıt Bakıya nümunə kimi göstərilir - VİDEO REPORTAJ

3269

Sumqayıtda ölkəmizdə ilk dəfə olaraq lift xidmətinin intellektual idarəetmə sisteminə qoşulması paytaxt Bakı şəhərinə nümunə kimi göstərilir. Yeni sistem davamlı olaraq KİV-nin diqqət mərkəzində saxlanılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına uyğun olaraq yeni yaradılan intellektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa rabitə sisteminin (dinamik və mikrofon) vəziyyəti, kənar şəxslərin maşın zalına icazəsiz daxil olması, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş intellektual idarəetmə mərkəzinə ötürülür.

Eləcə də liftin kabinəsi və maşın zalı ilə Mərkəzləşmiş Dispetçer Xidmətinin birbaşa danışıq əlaqəsi, liftin kabinəsində əvvəlcədən yazılmış mətnin səsləndirilməsi təmin edilir.

sumqayitxeber.com “SPACE” televiziyasının lift xidmətinin intellektual idarəetmə sistemi ilə bağlı hazırladığı video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər