Sumqayıt bulvarı şəhər sakinlərində məmnunluq yaradır

2062

Ötən əsrin 40-cı illərində Azərbaycanın inzibati xəritəsində Sumqayıt adlı yeni bir şəhər yarandı. Qədim tarixə malik olmasa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insan zəhmətinin həqiqətən də xariqələr yaratdığının bariz ifadəsidir. Bu şəhərə çox zaman gənclər şəhəri də deyirlər. Sumqayıta qayğı və diqqət ötən əsrin 70-ci illərindən başlayaraq bir qədər də artdı. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublika həyatının hər sahəsinin inkişafına təsir etdi.
Elə bil insanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa qoşulmuşdular. Sumqayıt 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, dünya miqyasında tanınan ünvana çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yeri oldu. Həmin dövrdə boz çöllərdən çoxsaylı yaşayış binaları və sənaye müəssisələri ilə seçilən iri bir yaşayış məntəqəsinə çevrilib inkişaf edən ikinci bir şəhər tapmaq olmazdı.
O vaxtdan onilliklər keçib və indi Sumqayıt artıq Azərbaycanın aparıcı şəhərlərindən biridir. Bu gün isə o, yeni inkişaf dövrünü yaşayır. Bakının bir addımlığında yerləşən və paytaxtla sanki bir inkişaf yarışına girən Sumqayıtda müxtəlif təyinatlı layihələr həyata keçirilir. Şəhərin inkişafı çoxşaxəlidir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial obyektlər, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rollardan birini oynayır.
Bu gün artıq respublikada qəbul edilən Sumqayıt üslubu mövcuddur. Burada həyata keçirilən hər bir iş beynəlxalq standartlara söykənir. Bütün bunlar Prezident İlham Əliyevin diqqət və qayğısına, şəhər rəhbərliyinin prinsipiallığına söykənir.
Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açığını deyək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi. Bu gün Sumqayıtda təmir edilən parklar, fasadları dəyişdirilən binalar, istirahət guşələri şəhər əhalisinin məmnunluqla qarşıladıqları haldır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər