Sumqayıt bulvarından reportaj – FOTOSESSİYA

625

umqayıt şəhərindəki unikal təbii şəraiti ilə seçilən dənizkənarı park tezliklə müasir bulvara çevriləcək. 

Tikintisinə bir neçə ay öncə başlanılan dənizkənarı bulvar kompleksində görülən inşaat işlərinin həcmi xeyli genişləndirilib. Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olacaq yeni bulvarda hazırda beton konstruksiya, bənd divarlarının salınması işləri sürətlə aparılır.

Qeyd edək ki, Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Bütün bu işlərin iki ilə başa çatdırılması planlaşdırılır.

 sumqayitxeber.com dənizkənarı bulvardan hazırladığı fotoreportajı təqdim edirik: 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər