Sumqayıt bulvarından reportaj: Muğam Mərkəzində işlər davam edir, bulvar genişləndirilir (VİDEO)

1962

Sumqayıtda dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Muğam Mərkəzinin binası iki mərtəbədən ibarət olacaq. Zal və amfiteatrdan ibarət olacaq konsert salonunda müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.

Binada səsyazma studiyası, qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar da olacaq. Muğamın sirlərinə yiyələnmək məqsədilə 14 dərs otağı tikiləcək.

Muğam Mərkəzinin Sumqayıtın 70 illik yubileyi ərəfəsində istifadəyə veriləcəyi planlaşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər