“Sumqayıt”-da yeni baş məşqçi

517

“Sumqayıt” Futbol Klubunu 2013/14 mövsümündə Aqil Məmmədov çalışdıracaq.

Klubdan ANS PRESS-ə verilən məlumata görə, klubdaxili iclasdan sonra 41 yaşlı çalışdırıcı ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt” FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər