Sumqayıt Data Mərkəzinə əlavə investisiyalar qoyulub

376

Bu ilin dördüncü rübündə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “STDC” MMC-nin kapitalına 30,6 milyon manat investisiya yatırılıb.

Hazırda şirkətin kapitalı 256,6 milyon manat və ya 150 milyon ABŞ dolları təşkil edir.

SKSP-da 14 hektar ərazisi olan Data Mərkəzi “STDC”ya məxsusdur. Bu şirkətin nizamnamə kapitalı 2016-cı ilin iyul ayından təsis edilən zaman 10 manat təşkil edib. Təsisçiləri haqqında məlumat verilmir.

STDC Data Mərkəzi 2017-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Eyni zamanda obyekti “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev təqdim edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər