«Sumqayıt» davakar futbolçudan imtina etdi

828

«Sumqayıt» bir futbolçusu ilə yolları ayırıb. Fanat.az xəbər verir ki, «Anji»dən icarəyə götürülən Eldar Cankişiyev geri qaytarılıb. Onunla müqavilənin müddəti artırılmayıb.

Qışda «Anji»nin əvəzedici heyətindən icarəyə götürülən Eldar əsas heyətdə möhkəmlənə bilmədi və cəmi 1 oyunda 39 dəqiqə oynaya bildi. Əvəzində özü haqda «qalmaqallı futbolçu» imici yaratdı. Belə ki, Fevralın 20-də «Sumqayıt»ın məşqini izləyən Fanat.az-ın əməkdaşı onun qapıçı Səlahət Ağayevlə yumruq davasına şahidlik etmişdi. Aprelin 13-də əvəzedici heyətlərin çempionatında baş tutan «Sumqayıt» – AZAL oyununda isə Eldar hakimi təhqir etdiyinə görə AFFA tərəfindən 4 oyunluq cəzalandırılmışdı. Maraq üçün qeyd edək ki, həmin matçı Venera Kahriçin başçılığı altında Maya Nəbiyeva, Gülyana Güvəndiyeva və Fəridə Lütfəliyevadan ibarət qadın hakimlər briqadası idarə edib.

Fanat.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər