Sumqayıt Dövlət Dram Teatrı azyaşlı tamaşaçıları sevindirib (FOTO)

427

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır. Tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.

Trend-in məlumatına görə, cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin, valideynlərin övladlarına dəstək olaraq onları bu yöndə motivasiya etmələrinin asan, anlaşıqlı dillə və dialoqlarla vurğulandığı bir tamaşanı təhvil verdi.

Belə ki, bugün rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin “Danışan gəlincik” nağıl-pyesinə daxili baxış keçirildi. Tərbiyəvi əhəmiyyət kəsb edən səhnə əsərində əməkdar artist Növrəstə Həşimova, aktyorlar İlham Səfərli, Şəms Abdullayeva, Vəfa Qurbanova, İradə Zeynalova, Aynur Hümbətova, Firuzə Şərifova, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə və Şəmistan Süleymanlı öz rollarının öhdəsindən məharətlə gəldi. Tamaşanı izlədikdən sonra teatrın direktoru əməkdar Artist Mübariz Həmidov və yaradıcı kollektiv fikirlərini bölüşdü. Həmçinin məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri onları təsirləndirən məqamları dilə gətirdi. Tamaşanın premyerası yaxın günlərdə nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər