Sumqayıt Dövlət Universitetinin rektoru kollektivi sevindirdi

2051

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivi pul mükafatı ilə sevindirib.

Sumqayitxeber.com-un məlumatına görə, rektor qarşıdan gələn bayramlar münasibəti ilə  kollektivi təbrik edib, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, Elxan Hüseynovun imzaladığı əmrə əsasən, işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər