“Sumqayıt” elektrik stansiyası 2012-ci ilin I yarısında 900 mln. kVt/s-dan çox elektrik enerjisi istehsal edib

647

“Sumqayıt” elektrik stansiyası 2012-ci ilin I yarısında 910,8 mln. kVt/s elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.

“Sumqayıt” elektrik stansiyası 2009-cu ilin noyabr ayında istismara verilib. Hər birinin gücü 164 MVt olan 2 qaz turbinindən və 189 meqavatt gücə malik 1 buxar turbinindən ibarət stansiyada dünya standartlarına cavab verən müasir avadanlıq quraşdırılıb.

Bu stansiya Sumqayıt şəhəri və Abşeron yarımadasının enerji təhlükəsizliyini təmin edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər