“Sumqayıt” FK-dan sumqayıtlılara “Şəhər Günü” hədiyyəsi

631

“Sumqayıt” – “Neftçi” 3:2
24 sentyabr 2012. Saat 17:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 3000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Azər Əsgərov
Dördüncu hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Taner Taktak, 58 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 69 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 80 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 88 (qeyri-idman hərəkəti) // Mahir Şükürov, 16 (kobud oyun); Tərlan Quliyev, 68 (qeyri-idman hərəkəti); Erik Ramos, 82 (kobud oyun); Rodriqo Sezar Kastro, 90+2 (kobud oyun)
Qırmızı vərəqə: Emin Mehdiyev, 90+1 (bilərəkdən ayağa zərbə)
Qollar: Orxan Əliyev, 12; Pərdis Fərcad-Azad, 49; Murad Ağayev, 73 // Xəyal Mustafayev, 51 (öz qapısına); Nikolas Kanales, 56
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.

Baş məşqçi: Böyükağa Hacıyev

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son çempion “Neftçi”ni qəbul edib. İlk hissədə qapılara bir qol vurulub. Qarşılaşmanın 12-ci dəqiqəsində Uğur Pamukdan ötürmə alan Orxan Əliyev hesabı açıb.
İkinci hissə də “Sumqayıt” üçün yaxşı başlayıb. Görüşün 49-cu dəqiqəsində Pərdis Fərcad-Azad cərimə meydancasındakı qarışıqlıqdan istifadə edib hesabı artırıb.
Lakin komandamızın qol sevinci cəmi bir dəqiqə çəkib. Xəyal Mustafayevin avtoqolu sayəsində paytaxt təmsilçisi fərqi azaldıb. Qarşılaşmanın 56-cı dəqiqəsində isə Nikolas Kanales Səlahət Ağayevlə dueldən qalib ayrılaraq “status-kvo”nu bərpa edib.
Oyunun 73-cü dəqiqəsində Murad Ağayev cərimə meydançasının həmdəvərindən topu Emil Balayevin qoruduğu qapıdan keçirərək hesabı rəsmiləşdirib.
Qeyd edək ki, sentyabrın 26-da Sumqayıtda “Şəhər Günü” kimi qeyd edilir. “Sumqayıt” Futbol Klubu bu qələbəni sumqayıtlılara ərmağan edib.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Bu gün maraqlı oyun izlədik. Sevinirəm ki, qələbə qazandıq. “Neftçi” Avroliqa oyunundan sonra yorğun olduğuna görə biz çox qaçmalıydıq və bunu bacardıq. Bu nəticədən sonra komandamdan razıyam. 2-0 hesabı ilə irəlidə olduğumuz vaxt səhvlər buraxdıq. Ona görə də rəqib hesabı bərabərləşdirə bildi. Buna baxmayaraq, futbolçularım özlərini itirmədilər və qələbə qazandıq”.
Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün “Sumqayıt”ın qələbə qazanmaq həvəsi bizdən çox idi. Emilin qapıya qoyulması işlərimizi çətinləşdirdi. Yaxşı qapıçı bir hissədə iki qol epizodunu çıxartmalıdır. Rəqibin 9 nömrəli futbolçusu yaxşı oynadı (red. – Orxan Əliyev). Futbolçularım rəqibə ciddi yanaşmadı. “Sumqayıt”ın heyəti əsasən cavan uşaqlardır, oyun boyu qaçırlar. Bu gün əsas heyətdən üç nəfər meydanda yox idi, komandamda futbola aid heç nə görə bilmədim”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər