“Sumqayıt” FK “Neftçi” ilə oyuna hazırlaşır

729
“Sumqayıt” Futbol Klubu bir günlük istirahətin ardından “Neftçi” ilə oyunun hazırlığına start verib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan səhər məşqində zədəli futbolçu yer almayıb. Yalnız əzələsini dartmış Aftandil Hacıyev fərdi məşq edib. Bundan başqa, baş məşqçi Bernhard Raab əvəzedici komandadan üç futbolçu – Arif Vəliyev, Aydın Qasımov və İsmayıl Qəhrəmanovu əsas komandaya dəvət edib. “Sumqayıt” FK-nun axşam məşqi saat 17:00-da Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda olacaq.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klub Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 24-də Mehdi Hüseynzadə adına stadionunda “Neftçi”ni qəbul edəcək.

17:00. “Sumqayıt” – “Neftçi” 
Hakimlər: 
Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

komandalar o q h m t x
1
AZAL 5 3 2 0 13-5 11
2
Simurq 4 3 2 0 8-1 11
3
Qarabağ 6 3 2 1 11-8 11
4
İnter 6 2 3 1 5-4 9
5
Qəbələ 5 2 1 2 6-6 7
6
Neftçi 3 2 0 1 5-2 6
7
Bakı 4 1 3 0 5-3 6
8
Xəzər L 5 1 2 2 6-5 5
9
Sumqayıt 5 1 1 3 5-13 4
10
Turan 6 1 1 4 5-10 4
11
Kəpəz 5 1 0 4 3-11 3
12
Rəvan 5 0 3 2 3-7 3

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər