“Sumqayıt” futbol komandasına almaniyalı mütəxəssis baş məşqçi təyin olunub

617

2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Sumqayıt” futbol komandasının yeni baş məşqçisinin adı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, sumqayıtlılar almaniyalı mütəxəssis Bernhard Raab ilə 2 illik müqavilə imzalayıb. Artıq almaniyalının köməkçiləri də müəyyənləşib. Ona 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və yığmanın sabiq kapitanı Aslan Kərimov kömək edəcəklər. Sonuncu oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər