“Sumqayıt” futbolçusu ilə müqaviləni ləğv etdi – RƏSMİ

716

 

“Sumqayıt” klubu futbolçusu Mehdi Şərifi ilə yollarını ayırıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı iranlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda “Sumqayıt”a keçib. Onun klubla daha bir illik müqaviləsi var idi.

Daha əvvəl “Sumqayıt”ın futbolçularından Şəhriyar Əliyev “Keşlə”yə, Elvin Cəfərquliyev “Qarabağ”a keçib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər