SUMQAYIT GƏNCLƏRİ “AZƏRBAYCAN GƏNCLİYİ 2011-2015-Cİ İLLƏRDƏ” DÖVLƏT PROQRAMINA TƏKLİFLƏR İRƏLİ SÜRDÜLƏR

762

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 27 aprel 2011-ci ildə Təhsil Şöbəsinin konfrans zalında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına Sumqayıt gəncləri adından təkliflərin hazırlanması məqsədi ilə Baş İdarə rəhbərliyinin şəhərin istedadlı, yaradıcı və  ictimai fəal gənclərin bir qrupu ilə görüşünü təşkil etmişdir. Görüşdə çıxış edən Baş İdarənin rəisi Musa Həsənov gənclər haqqında hazırlanacaq dövlət proqramının əsas məqsəd və istiqamətləri haqqında məlumat verərək, bu məsələdə artıq işçi qrupunun formalaşdığını qeyd etdi. O, proqramın hazırlanmasında gənclərin və ölkənin qabaqcıl gənclər təşkilatlarının rəy və düşüncələrinin də nəzərə alındığını, bu məqsədlə ölkə başçısı cənab İlham Əliyevin ölkənin ən fəal bir qrup fəal gənci ilə görüşün təşkil edilib proqram haqqında onların rəy və təkliflərinin qəbul olunduğunu görüş iştirakçılarına çatdırdı. Musa Həsənov bundan əvvəl də “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramının həyata keçirildiyini, yeni proqramın hazırlanmasında gənclərin düşüncələrinin nəzərə alındığını və bu məqsədlə müxtəlif səviyyələrdə ictimai müzakirələrin aparıldığını qeyd edərək tədbirin bu müzakirələrdən biri olduğunu görüş iştirakçılarına çatdırdı.

Sonra isə gənclər yeni qəbul olunacaq gənclər proqramında şəhər gənclərini narahat edən problemlərin həlli istiqamətində fəaliyyətlərin əks olunmasının vacibliyini vurğuladılar. Gənclər görüşdə gənclərin işsizlik, asudə vaxtın səmərəli təşkil edilməsində sosial təyinatllı obyektlərin çatışmamazlığı, electron kitabxana, fəal gənclərin mənzil və məişət problemləri, gənclərin şəbəkələşməsi, zərərli vərdişlərin yayılması, gənc ailələrin sosial problemləri, ali və orta ixtisas məktəblərində gənclərin fəallığının artırılması, şəhərdə gənclər mərkəzinin olmaması və digər problemlərin şəhər gəncləri üçün daha aktual olduğunu vurğuladılar. Görüş iştirakçıları şəhərdə fəal gənclərin  şəbəkələşmə imkanlarının daha genişləndirilməsi, fəal gənclərə mənzillərin verilməsi, şəhərdə gənclər mərkəzinin qurulması, gənclər üçün yeni iş yerlərinin açılması, zərərli vərdişlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsi, asudə vaxtın səmərəli təşkilində sosial obyektlərinin şəhərdə genişləndirilməsi, beynəlxalq gənclər mübadiləsinin genişləndirilməsi istiqamətində tədbirlərin yeni qəbul ediləcək gənclər proqramında əks olunmasını vurğuladılar. Musa Həsənov qaldırılan məsələlərə bağlı görülmüş işlər və gələcəkdə görüləcək işlərlə bağlı fikir bildirərək problemlərin həllində fəal gənclərin və gənclər təşkilatlarının töhfəsinin önəmli olduğunu vurğulamış, irəli sürülmüş təkliflərin ümumiləşdirilərək işçi qrupuna təqdim olunacağını bildirdi. Görüşdə qaldırılan məsələlərlə bağlı iştirakçılar arasında fikir mübadiləsi aparıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər