Sumqayıt Gəncəyə çatır

953

Azərbaycanda əhalinin sayı 10 ildə 1 milyon nəfərə yaxın artıb

Bu il aprelin 13-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 8 milyon 922 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin yaydığıi məlumata görə, 1999-cu ilin yanvar ilə müqayisədə Azərbaycanın əhalisi 969 min nəfər artıb.
Ölkə əhalisinin 54%-i (4.818.000 nəfər) şəhərlərdə, 46%-i
(4.104.000) isə kənd yerlərində yaşayır. 4.372.000 nəfər kişi, 4.550.000 nəfərsə qadınlardır. Zərif cinsin sayı kişilərdən 178 min nəfər çoxdur (APA).
2 milyon 046 min nəfər Bakıda yaşayır (məcburi köçkünlər və müvəqqəti yaşayanlarla birlikdə 2 milyon 246 min nəfər). Naxçıvan MR-də əhalinin sayı 398 min nəfərdir.
Gəncə ölkənin ikinci böyük şəhəridir -313 min nəfər (1999-cu illə müqayisədə artım 4,7%). Sumqayıt – 310 min nəfər (21,6% artım), Mingəçevir – 96 min (2,1% ), Şirvan – 77 min (10%), Şəki – 63 min (3,3% ), Naxçıvan – 74 min (17,5% ), Yevlax – 58 min (11,5% ), Xankəndi 55 min – (1989-cu ilin məlumatı əsasında), Xırdalan 92 min (3,2 dəfə) və Lənkəran 50 min nəfər (4,2%).
Ən böyük rayonlar: Lənkəran (206 min nəfər), Masallı (197 min), Şəmkir (191 min) və Abşeron (190 min).Mənbə: EXPRESS qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər