Sumqayıt gəncləri üçün “Yay məktəbi” davam edir

418

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 12 iyul 2018-ci il tarixində başlanılan Sumqayıt gənclərinin “Yay Məktəbi”nin növbəti turu təşkil edilmişdir.
20 iyul 2018-ci il tarixində Quba rayonunda təşkil olunan növbəti “Yay Məktəbi”ndə “Asan xidmət” mərkəzinin və digər idarə, müəssisələrinin könüllü gəncləri iştirak etmişlər. “Yay Məktəbi” iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Quba “ASAN xidmət” mərkəzində olmuş, həmkarları ilə şəkil çəkdirmiş və Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intelektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay fasilələri təşkil edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər