Sumqayıt gənclərinə ictimai maraqların qorunması yolları öyrədildi

861

3Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə Gənc İstedadlara Dəstək Fondu 21-23 may 2010-cu il tarixlərində Sumqayıt şəhərinin Nəsimi adına mədəniyyət və istirahət parkında yerləşən “Zümrüd” restoranında “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində 20 nəfərdən ibarət gənclər təşkilatlarının nümayəndələri üçün “İctimai maraqların qorunması və Kampaniyanın aparılması qaydaları” mövzusunda treyninq-seminar keçirmişdir.
Fondun prezidenti Rüstəm Sadıqzadə təşkilat və layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırmışdır.Sonra təlimçi Günel Səfərova tərəfindən ictimai “vəkillik” anlayışı, ictimai maraqların qorunması, kampaniyalarının aparılmasında strategiyanın və taktikanın müəyyən edilməsi, strateji planlaşdırma, kampaniyaların aparılmasında effektiv mesaj meyarları və onun hazırlanması, ictimai maraqların qorunması sahəsində koalisiyaların qurulması və mövzu ilə bağlı digər məsələlər interaktiv təlim metodu ilə iştirakçılara çatdırılmışdır. Təlim əsasında iştirakçılar mövzu ilə bağlı praktiki qrup işlərinin həyata keçirərək ictimai maraqların qorunması sahəsində praktiki vərdişlər əldə etmişdir.İştirakçılar bu cür təlimlərin davamlı və daha uzun müddətə keçirilməsinin zəruriliyini bildirmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Ismayıl Kərimov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər