Sumqayıt gənclərinə konfliktlərin həlli və effektiv ünsiyyət öyrədilib

871

default_en-log25.12

19-24 dekabr 2009-cu il tarixlərində “Potensial” Sumqayıt Mütəxxəsislər Birliyinin Resurs Mərkəzində Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Avropa Federalistlərinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Sumqayıt gənclərindən ibarət 25 nəfər iştirakçıya “konfliktlərin həlli və effektiv ünsiyyət” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsinə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi təşkilati dəstək göstərmişdir. Təlimdə iştirakçılara interaktiv təlim metodu vasitəsi ilə münaqişə, onun növləri, münaqişələrin qızışması və söndürülməsi, effektiv ünsiyyətin prinsipləri, bacarıqları və münaqişələrin həll edilməsində effektiv ünsiyyət və danışıq aparmaq bacarıqlarının rolu haqqında məlumatlar çatdırıldı. Təlimin axırıncı günündə iştirakçılar gələcək planlarla bağlı kiçik qruplarda müzakirə apardılar. Müzakirələr əsasında çıxş edən Baş İdarənin aparıcı məsləhətçisi İsmayıl Kərimov gənclərin şəbəkələşməsi və təşkilatlanmasında effektiv ünsiyyətin əhəmiyyətli olduğunu, iştirakçıların təlimdən əldə etdikləri bacarıqların həm gündəlik həyatda, həm də ictimai həyatda effektiv istifadə edəcəklərinə əmin olduğunu bildirdi. O,təlimin keçirilməsinə görə təlimçi Pərvanə Məmmədovaya təşkilatçılar adından minnətdarlığı bildirərək bundan sonra da interaktiv təlimlərin davam etdirilməsinin zəruriliyini bildirdi və gənclərin inkişafında qeyri-formal təhsilin praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Təlimin sonunda çıxış edən təlimçi Pərvanə Məmmədova da iştirakçıların potensialından razı qaldığını və iştirakçıların əldə etdikləri biliklərin onların baxış tərzinə müsbət təsir edəcəyinə əminliyini bildirdi. Təlimin sonunda iştirakçılara sertifikat təqdim edildi.

Ismayıl KərimovDSC00018

DSC05053 DSC05020

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər