SUMQAYIT GƏNCLƏRİNİN “YAY MƏKTƏBİ” BAŞLADI

693

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin Quba rayonunda “Yay məktəbi”nə start verilmişdir. Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrası, gənclərə milli-vətənpərvərlik hisslərini aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Həmçinin “Yay Məktəbi”nin cari ildə də təşkil olunması barəsində şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun 16 mart 2018-ci il tarixində “Kimyaçı” Mədəniyyət Sarayında gənclərlə görüşündə müraciət səsləndirilmiş və müsbət qarşılanmışdır.

İlk tur 12 iyul 2018-ci il tarixində Qubadlı rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilmişdir. N.Nərimanov adına Mədəniyyət Evində “Yay məktəbi”nin açılış mərasimində Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov və Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov çıxış edərək Ölkə Başçısının, şəhər və rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi rəhbərliyinin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmış, yay məktəbinin məqsəd və vəzifələri, təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat vermiş, layihənin gənclərin bilik və bacarıqlarının, artırılmasına təcrübə mübadiləsinə, dostluq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd etmişlər. Yay məktəbinin iştirakçıları layihənin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilində göstərdiyi köməkliyə görə şəhər və rayon rəhbərliyinə minnətdarlığını bildirmişlər.
“Yay Məktəbi”nin ilk turunda şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər, 2017/18 tədris ilində 700 bal toplayaraq ali məktəblərə qəbul olan Bayramova Əsra, Haşimzadə Cahan, fənn olimpiadası, müxtəlif yarış, müsabiqə, festival qalibləri və “Şahin” hərbi idman oyunu üzrə Respublika Çempionu adına layiq görülmüş komanda iştirak etmişlər.
Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay Məktəbi”nin iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intelektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay fasilələri təşkil edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər