Sumqayıt gənclərinin “Yay məktəbi”nə start verilib

317

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Quba rayonunda Sumqayıt gənclərinin “Yay məktəbi”nə start verilib.
Baş İdarənin rəisi Elgün Hümbətov AZƏRTAC–a bildirib ki, “Yay məktəbi” “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə tədbirlər planının müvafiq bəndlərinin icrası, şəhərin 70 illik yubileyinin layiqincə qeyd olunması, gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrinin tanıdılması və gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir. O, “Yay məktəbi”nin birinci mərhələsində şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclərin, müxtəlif yarış, müsabiqə, festivalların qaliblərinin, Sumqayıt “ASAN Xidmət” mərkəzinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin fəal üzvlərinin iştirak etdiklərini vurğulayıb.
Gənclərə “Yay məktəbi”nin vəzifələri, təhlükəsizlik qaydaları barədə məlumat verilib.
Layihənin iştirakçıları “Yay məktəbi”nin təşkilinə görə aidiyyəti qurumlara minnətdarlıqlarını bildiriblər.
“Yay məktəbi”nin iştirakçıları Quba rayonunun füsunkar təbiəti ilə tanış olublar. Həmçinin gənclər “Mənzərə” düşərgəsində təşkil olunan intellektual və əyləncəli oyunlara, təlimlərə qatılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər