Sumqayıt hadisələrinin fonunda bir çox mətləbələrə aydınlıq gəlib

703

“Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”

Ermənilərin və onları himayə edən xəstə imperiya düşüncə sahiblərinin Azərbaycana qarşı zaman-zaman həyata keçirdiyi soyqırım siyasəti, ərazi iddiası 1988-ci ildə özünün ən yüksək nöqtəsinə çatıb. İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədilib.

Sumqayıt hadisələrinin fonunda bir çox mətləbələrə aydınlıq gəldi. Sovet Dövlət Təhlükəsizlik Komitəsinin mətbəxində hazırlanan qanlı ssenaridə guya ermənilərin əzildiyi, haqlarının tapdandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım, işğalçılıq siyasətinin əsası qoyuldu.

Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Kryuçkov da təsdiq edib. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri isə təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılan azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Burda gənclərin çoxluq təşkil etməsi də diqqətdən yayınmamışdı. Sonradan, istintaq materiallarından məlum oldu ki, ixtişaşları törətmək üçün Sumqayıta xüsusi dəstə də gətirilibmiş.

Sumqayıt hadisələri məşhur deyimi bir daha təsdiq etdi: “Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ən maraqlısı isə öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi.

İxtişaşlara Eduard Qriqoryan adlı erməni rəhbərlik edirdi. Ona bu cinayətdə milliyyətcə erməni olan İqor Oqanov, Vazgen Sarkisyan, o cümlədən Sumqayıt şəhər təcili-tibbi yardım xəstəxanasında işləyən Karina Kasparyan da yaxından kömək göstərmişdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. Paşa ləqəbli Edik Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlamışdı. Amma bütün bunlara baxmayaraq erməni təşkilatları bu cür cinayətlər törətmiş Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Heç bir günahı olmayan azərbaycanlı Əhməd Əhmədov isə güllələndi.

Bu hadisələrdən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdən ermənilər dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar.

Bu gün onlar işğal etdiyi Azərbaycan torpaqlarını unutdurmaq və əməllərini ört-basdır etmək üçün ən çirkin vasitələrdən belə çəkinmir. Türk dünyasına qarşı soyqırım siyasəti həyata keçirərkən-xain qonşular absurd, uydurma erməni soyqırımını ortaya atıblar. Amma Azərbaycanın apardığı siyasət nəticəsində əsl həqiqətlər, erməni məkri, erməni vandalizmi ifşa olunmaqdadı.

Ermənilər və onların havadarları indi də oxşar ssenarilər həyata keçirir…İdeoloji təxribatlara əl atır, dezinformasiya şəbəkəsindən  yararlanmağa çalışırlar… Vaxt isə onların əleyhinədir. Ötən hər dəqiqə, hər saat, hər gün erməni saxtakarlığını, fitnəkarlığını ortaya çıxarmaqdadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər