“Sumqayıt” hazırlığını davam etdirir

578
Unibank Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Turan”ın qonağı olacaq “Sumqayıt” Futbol Klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Zədəli Hacı Əhmədov və Slavik Alxasov dünənki məşqdə iştirak etməyib. “Simurq”la qarşılaşmada zədələnən Bədavi Hüseynov və Ruslan Məcidov isə fərdi şəkildə hazırlaşır.
Klubun saytından aldığımız xəbərə görə,  zədəli olduğu üçün Zaqatalaya aparılmayan Yasin Abbasov və Timur İsrafilov tam sağalıb və məşqlərdə iştirak edirlər.

Qeyd edək ki, “Turan” – “Sumqayıt” oyunu aprelin 29-da Tovuz şəhər stadionunda keçiriləcək.

Saleh Həsənbəyli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər