Sumqayıt hokkeyçiləri ölkə çempionu olub

718

Dünən yeniyetmə oğlan   hokkeyçilərin (1996-97-ci illər) Azərbaycan birinciliyinə yekun vurulub. Qeyd edək ki, yarışda 6 komanda   2 yarımqrupda  dairəvi sistemlə mübarizə aparıb. İlkin məhələdə “A” qrupunda “Atasport-Binə” komandası “Şəki” və “Olimp” (Masallı) hokkeyçilərinə qalib gələrək  1-ci yeri tutub. “Olimp” 3 xalla 2-ci, “Şəki” isə bir xal belə toplaya bilməyərək 3-cü yerdə qərarlaşıb. “B” qrupunda sumqayıtlılar da 2 qələbə qazanaraq    lider kimi finalda oynamaq hüququ qazanıblar. Bakı “Təhsil”ni  böyükhesblı məğlubiyyət uğradan “Göytəpə”(Cəlilabad) komandası da 3 xalla II yerə layiq görülüb. Qrupda hər 2 rəqibinə məğlub olan “Təhsil” hokkeyçiləri də xalsız  III yerdən yuxarı qalxa bilməyiblər. Bu gün ilk olaraq V yer uğrunda “Şəki” və “Təhsil”(Bakı) komandaları qarşılaşıb.Əyalət təmsilçiləri yeganə qol sayəsində qalib gəlməklə ölkə birinciliyini 5-ci yerdə başa vurublar. Bürünc mükafat uğrunda “Olimp”(Masallı)-“Göytəpə” matçı keçirilib. Masallı hokkeyçiləri həmin görüşdə 3:0 hesablı qələbə qazanıblar. Azərbaycan birinciliyinin qalibi isə “Sumqayıt” və “Atasport-Binə” qarşılaşmasında müəyyənləşib.  Rəqiblərin hər ikisi çempion adını qazanmağa iddialı olduğundan  uzun müddət hesabı açmaq müşkülə çevrilib. Yalnız fasilədən sonra sumqayıtlılar Əfqan Mahmudovun vurduğu (34-cü dəqiqə) qol sayəsində minimal hesablı qələbə qazanıblar.

          Oyunlar başa çatandan sonra yarışın mükafatlandırma mərasimi baş tutub. “Sumqayıt” komandası fəxri kubok, diplom  və medallarla təltif olunub. II yerin sahibi “Atasport-Binə” və ölkə birinciliyində III yeri tutan “Olimp” klubları da  diplom və medallara layiq görülüblər. Yarışın Təşkilat Komitəsi ənənəvi olaraq bu dəfə də müxtəlif nominasiyalar üzrə ən yaxşıları  mükafatlandırıb. Rəqib qapılarına 7 qol vuran Əfqan Mahmudov(“Sumqayıt”) “Ən sərrast hücumçu”, “Atasport-Binə”nin qapıçısı Qüdrət Əzizov “Ən yaxşı qapıçı”, “Olimp”in üzvü  Əmrah Abışov isə yarışın “Ən yaxşı oyunçucu” nominasiyasının qalibi kimi pul mükafatları və diplomlarla ilə təltif olunublar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər