Sumqayıt icra hakimiyyəti: “Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı” -”Şərq bazarı”na dair AÇIQLAMA

844

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı” ərazisində abadlaşdırma işlərində başlanılıb.

Bu barədə APA-ya orada dükanları olan sahibkarlar bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Eyvaz Qocayev APA-ya bildirib ki, “Şərq bazarı” ərazisində antisanitar vəziyyət hökm sürür: “25 ildir, orada  abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində, bərbad vəziyyətdə olan “Şərq bazarı” Sumqayıta bir yamaq idi. Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq. Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır, qanuni şəkildə onlara zəmanət veriləcək”.

E. Qocayev qeyd edib ki, əslində sahibkarlar özləri aparılan abadlıq işlərində maraqlı olmalıdırlar: “İstəyirik ki, ərazidə müasir ticarət mərkəzi olsun. Bu gün isə sadəcə, bazarın arxasında kustar formada çadırlar açıb, paltar satılan yerlər var, orada təmizlik işləri aparılır. Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı. Həmin sahibkarlar yeni tikiləcək ticarət mərkəzində yerlə təmin olunacaqlar”.

sumqayitxeber.com ərazidən fotoları təqdim edir:

SAM_1145SAM_1146SAM_1153SAM_1158SAM_1159SAM_1162SAM_1173SAM_1174SAM_1177SAM_1181

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər