Sumqayıt karantində – VİDEO

2720

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, xüsusi karantin qaydalarına və şərtlərinə insanların necə riayət etmələrini müşahidə etmək üçün Sumqayıt şəhərindən video reportaj hazırladıq.

İnsanların doğrudan da böyük əksəriyyətinin tələb olunan şərtlər əsasında evdən çıxdıqlarının, polis əməkdaşları Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçularının birgə xidmətlərini apardıqlarının şahidi olduq.

Qeyd edək ki, DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Xatırladaq ki, xüsusi karantin günlərində Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə insanların hərəkətini 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək məhdudlaşdırırb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər