Sumqayıt Kimya Sənaye Parkına 5 milyard manatdan çox investisiya yatırılıb

424

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 5,3 milyard manatdan çox investisiya yatırıb və əlavə 300 milyon manatdan çox investisiya yatırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.

Onun sözlərinə görə, bu investisiyalar 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur:

“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir. Parkda 6 000-dən çox insan daimi işlə təmin olunub”, – deyə nazir qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər