Sumqayıt: kişi və qadın taekvondoçuları arasında Azərbaycan çempionatı başladı

466

Sumqayıtda bu gün, 4 dekabr tarixində kişi və qadın taekvondoçular arasında Azərbaycan çempionatı start götürüb. Bu haqda AZƏRTAC məlumat yayıb.

Məlumata görə, yeniyetmələr arasında keçirilən yarışlar yekunlaşıb, bundan sonra isə 17 yaşdan yuxarı idmançılar müxtəlif çəki dərəcələrində birinci yer uğrunda mübarizə aparacaqlar. 2 gün davam edəcək turnirdə 100-ə yaxın idmançı çıxış edəcək.

Qeyd edək ki, pandemiya səbəbindən yarış zamanı taekvondoçuların valideynləri və tamaşaçılar Olimpiya İdman Kompleksinə buraxılmayacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər