“Sumqayıt” klubu “Qaradağ Lökbatan”ın qapısından üç cavabsız top keçirib

1453

Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da birinci Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıblar.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Sumqayıt” 3:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Azər Salahlı, Amil Yunanov və Camal Camalov vurublar.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər